Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Ərdəbildə azərbaycanlı milli məhbuslara dəstək kampaniyası keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Ərdəbildə azərbaycanlı milli məhbuslara azadlıq tələbi ilə aksiya keçirilib.

Ərdəbil şəhərində bir qrup azərbaycanlı fəal azərbaycanlı milli fəalların kütləvi şəkildə həbsinə etiraz olaraq divarlara qrafitlər çəkiblər.

Divarlara həkk edilən qrafitlərdə “Qırılsın isarət zəncirləri-açılsın azadlıq qapıları” şüarı əks etdirilib.

Ərdəbil divarları beləliklə azərbaycanlı fəallara dəstək şüarları ilə bəzədilib.

Qeyd edək ki, irqçi fars-molla rejimi çox sayda azərbaycanlı fəalı həbs edib. Son bir neçə gündə isə həbslərin yeni dalğası müşahidə edilir.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …