Cümə , Yanvar 3 2025
azfa

Molla rejiminin Ərdəbildə həbs etdiyi fəallardan ikisinin kimliyi müəyyən edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Ərdəbildə həbs etdiyi fəallardan ikisinin kimliyi müəyyən edilib.

Ərdəbildən olan azərbaycanlı Aydın (Süleyman) Məhəmmədi və Kərəm adlı daha bir milli fəal Ərdəbil şəhərində molla rejimin ETTELAAT qüvvələri tərəfindən həbs edilərək Tehranın Evin zindanına köçürülüb.

Məlumata görə, fevralın 5-də gecə saatlarında ETTELAAT qüvvələri Aydın Məhəmmədinin iş yerinə basqın edərək onu həbs ediblər.

Bildirilir ki, soyadı bilinməyən Kərəm adlı azərbaycanlı fəal isə fevralın 6-da tutulub və Evin zindanında yerləşən ETTELAAT İdarəsinin təcridxanasına aparılıb.

Azərbaycanlı şair və fəal Aydın (Süleyman) Məhəmmədi bundan öncə 2006-cı ildə də rejimin məmurları tərəfindən yaxalanmışdı.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …