Çərşənbə , İyul 29 2026
azfa

Güney Azərbaycanda misli görünməmiş tapıntı: Misin kəşfi tarixi daha qədimə getdi

Güney Azərbaycanın Leylan bölgəsində nadir tarixi əsərlər aşkar edilib və misin kəşfi ilə bu günə kimi olan nəzəriyyələrin dəyişməsinə səbəb oldu.

Bu barədə İranın mədəni irs və turizm naziri İzzətullah Zərğami açıqlama verib.

Bildirilib ki, bir qadın və bir kişinin skeletlərinin yanında tapılan 5 mis külçəsinin tarixi eradan 6500 il əvvələ aiddir.

“Bu, beynəlxalq səviyyədə misin kəşfi tarixi ilə bağlı nəzəriyyələri dəyişdirir və onun tarixini daha 1500 il əvvələ aparıb çıxarır. Bu dünya arxeologiyasında nadir və əhəmiyyətli hadisədir”,- nazir vurğulayıb.

Qeyd edək ki, Təbrizin 163 km cənub-qərbində yerləşən tarixi Leylan şəhəri bundan əvvəldə nadir tapıntıları ilə gündəmə gəlib.

Həmçinin yoxlayın

The Times: “ABŞ və İsrail İranın yeni ali rəhbəri Müctəba Xameneyinin axtarışı üzrə məxfi əməliyyat aparırlar”

GADTB: Kəşfiyyatın məqsədi aradan götürmək deyil, onun sağ olduğunu təsdiqləmək, yerini müəyyənləşdirmək və sağlıq durumunu …

Əhmədrza Cəlalinin azadlığa buraxılması istiqamətində səylər davam edir

GADTB: İsveç Xarici İşlər Nazirliyi farsdilli media orqanlarından birinə cavabında İranda edam cəzasına məhkum edilmiş …