Çərşənbə , Sentyabr 23 2026
azfa

Cəbrayıl Pakruh molla rejimin məmurları tərəfindən çağırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Təbrizdə azərbaycanlı milli fəal Fərhad Pakruhun atası Cəbrayıl Pakruh Şərqi Azərbaycanda rejimin Kiber Polis İdarəsinə çağırılıb.

Ailəyə yaxın olan mənbənin məlumatına görə, Cəbrayıl Pakruh, məhkəmə hökmü olmadan telefon vasitəsilə polisə çağırılmasının qanunsuz olduğunu bildirərək, tələb olunan yerə getməyəcəyini deyib.

Qeyd edək kİ, bundan əvvəl rejimin ETTELAAT məmurları Cəbrayıl Pakruhu, qardaşı Əsəd Pakruhu və oğlu Fərhad Pakruhu döyərək həbs etmişdilər.

Bir gün sonra sərbət uraxılan Cəbrayıl Pakruh aldığı kəllə-beyin travması səbəbindən Təbrizin “Razi” xəstəxanasına köçürülüb və hazırda orada müalicə olunur.

Cəbrayıl Pakruh oğlunun həbsi və ona qarşı təzyiqlərlə bağlı verdiyi açıqlamalarla əlqədar təzyiqlərlə qarşılaşıb.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …