Cümə , İyul 10 2026
azfa

“Traxtur” komandasının həbsdə olan keçmiş oyunçusu zindanda aclıq aksiyasına başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın “Traxtur” futbol klubunun keçmiş oyunçusu Əmir Nəsr Azadi İsfahanın Dəstgerd şəhərinin zindanında aclıq aksiyasına başlayıb.

Bu barədə məhbus repçi Tumac Salehinin “X” hesabında məlumat paylaşılıb.

Paylaşımda bildirilib ki, 2022-ci il etirazları zamanı həbs edilən keçmiş futbolçu təkadamlıq kameraya köçürülüb və iki gün öncə aclıq aksiyasına başlayıb.

Qeyd edək ki, martın 30-da Əmir Nəsr Azadinin adı ilə “X” və “İnstaqram” platformalarında hesab açılıb. Onun bacısı Hədisin sözlərinə görə, bu hesablarda qardaşının mesaj və müraciətləri paylaşılacaqdı.

Aprelin 5-də isə həmin hesablarda paylaşım edilərək vurğulanıb ki, ETTELAAT Nazirliyi Əmir Nəsr Azadini sosial media hesablarının aktivləşməsi səbəbilə təkadamlıq kameraya köçürüb.

Həmçinin yoxlayın

ABŞ-ın maliyyə naziri: Xamenei şəbəkəsinin aktivlərini İran xalq üçün qoruyacağıq

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent Müctəba Xamenei ilə əlaqəli maliyyə şəbəkəsi və iş adamı …

İranda bu il minlərlə qadın saxlanılıb

GADTB: İranda insan haqları təşkilatı – HENGAW verib ki, 2026-cı ilin ilk yarısında İranda 5 …