Cümə , Oktyabr 16 2026
azfa

Bəzi ölkələr vətəndaşlarını İran ərazisini tərk etməyə çağırıb

GADTB: Avstriya və Almaniya öz vətəndaşlarını İrana səfərlərdən çəkinməyə, orada olanları isə ölkəni tərk etməyə çağırıb.

Avstriya Xarici İşlər Nazirliyi bildirib ki, regionda mövcud gərgin vəziyyətlə əlaqədar yaxın günlərdə təhlükə səviyyəsinin yüksəlməsini gözləmək olar.

Bundan əlavə, qeyd olunur ki, Avstriya Hava Yolları baş verən hadisələr fonunda aprelin 18-dək Tehrana uçuşları ləğv edib.

Bununla yanaşı Almaniya və Hindistan Xarici İşlər Nazirlikləri də oxşar bəyanat yayaraq, vətəndaşlarının İranı tərk etməsini istəyiblər.

Bundan əvvəl Fransa Xarici İşlər Nazirliyi İranda olan diplomatlarının ailələrini rəxliyə edib, vətəndaşlarına isə İrana səfər etməmək barədə xəbərdarlıq edib.

Qeyd edək ki, İsrail 1 apreldə İran səfirliyinin yanında yerləşən binaya zərbə endirib, nəticədə SEPAH-ın 2 generalı və 5 zabiti ölüb.

Bundan sonra İran rəsmiləri İsraildən qisas alacaqları ilə bağlı təhdid bəyanatları səsləndiriblər.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …