Bazar , Oktyabr 18 2026
azfa

Azərbaycanlı fəal Kərim Fəyyaz yol qəzasında həyatını itirib

GADTB: Güney Azərbaycanın Məlikkəndi (Məlikan) şəhərnin sakini olan azərbaycanlı milli fəal Kərim Fəyyaz Ərədbil-Astara arasında yerləşən Heyran gədiyində qəza nəticəsində dünyasını dəyişib.

23 sərnişinlə Təbrizdən Rəşt şəhərinə gedən avtobus 15 aprel tarixində Ərdəbil-Astara yolunun Heyran gədiyində aşaraq dərəyə düşüb. Qəzada 5 sərnişin yerindəcə dünyasını dəyişib, 18 nəfər isə yaralanmışdır.

Azərbaycan türklərinin hüquqlarının bərpası uğrunda çalışan azərbaycanlı milli fəal Kərim Fəyyaz mədəni-siyasi fəaliyyətlərinə görə İranın ETTELAAT məmurları tərəfindən dəfələrlə həbs və təzyiqlərə məruz qalmışdır.

Qeyd edək ki, Güney Azərbaycanın  molla rejimin ayrıseçkilik siyasəti nəticəsində yollar standartlara cavab vermir. Bu da çoxsaylı qəzalar və tələfatlara səbəb olur.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …