GADTB: Avropa İttifaqı İrandan nüvə doktrinası ilə bağlı təhdidlərə son qoymasını tələb edir

Avropa İttifaqı dünən İran hökumətindən nüvə doktrinasına yenidən baxması təhdidindən əl çəkməsini istədiyini açıqlayıb.

Məlumata görə, Avropa Birliyinin sözçüsü Piter Stano “Azadlıq Radiosu”na müsahibəsində deyib:

“Biz hələ də İrandan nüvə_silahı istehsal etmək düşüncəsini dəyişməsi və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı dərhal normallaşdırması kimi konkret addımlar atmasını gözləyirik. İran həmişə nüvə proqramının sırf dinc xarakter daşıdığını iddia edib, ancaq bu yaxınlarda İranın rəhbəri Xameneyinin müşaviri Kamal Xərrazi xəbərdarlıq edib ki, İranın varlığına təhlükə yaranarsa, nüvə doktrinasına yenidən baxıla bilər”, – deyə, Piter Stano əlavə edib. / Azad İran

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycan şəhərlərində fəalları həbs etməkdə davam edir

GADTB: İrqçi fars-molla rejimi məmurlrı Güney Azərbaycan şəhərlərində fəalları həbs etməkdə davam edir. Son həftə …

ABŞ-İran danışıqlarının gələn həftə İslamabadda bərpa oluna biləcəyi bildirilir

GADTB: “The Wall Street Journal” (WSJ) mənbələrə istinadla bildirir ki, ABŞ və İran arasında danışıqların …