Cümə , Sentyabr 11 2026
azfa

Molla rejimi Məlikkəndidə azərbaycanlı məhbusa 80 şallaq zərbəsi vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Məlikkəndidə (Məlikan) azərbaycanlı məhbusa 80 şallaq zərbəsi vurub.

Mayın 16-da Güney Azərbaycanın Məlikkəndi (Məlikan) şəhərində azərbaycanlı məhbus Səidullah Ağacaniyə 80 zərbə şallaq cəzası həyata keçirilib.

İraq-İran müharibəsində həyatını itirən şəxsin övladı olan Səidullah Ağacani şallaq zərbələrindən sonra huşunu itirib. Ona cərimə cəzasının da verildiyi bildirilib.

Qeyd edək ki, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt şallaq cəzasını qeyri-insani və ləyaqəti alçaldan cəza növü kimi dəyərləndirib, bu cəzanın həyata keçirilməsini qadağan edib. Ancaq İran hökuməti hələ də alçaldıcı və qadağan edilmiş cəzalardan istifadə edən azsaylı ölkələrdən biridir.

Həmçinin yoxlayın

Molla rejimi ballistik raketlərin istehsalını bərpa edib

GADTB: “The Wall Street Journal” cümə axşamı, sentyabrın 10-da, ABŞ və regional rəsmilərə istinadən məlumat …

Xalxal mədənlərinin fars rejimi tərəfindən talan edilməsinə başlanılıb

GADTB: Xalxal Sənaye, Mədən və Ticarət İdarəsinin rəhbəri Mustafa Lətifi Xalxal rayonunun Xoruş Rüstəm (Həştcin) …