Cümə axşamı , May 7 2026
azfa

Türkiyənin ikinci astronavtı türk bayraqları ilə kosmosda missiyasını başa vurub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin fəzaya gedən ikinci astronavtı Tuva Cihangir Atasevər kosmosda türk bayraqları ilə missiyasını başa vurub.

Uçuş bir saat iyirmi dəqiqə davam edib.

Uçuşdan təxminən 40 dəqiqə sonra astronavtların olduğu kosmik kapsul daşıyıcı raketdən ayrılıb. Əvvəl kosmik kapsul, ardınca daşıyıcı raket Yerə uğurlu eniş edib.

Türkiyənin ikinciı astronavtı Tuva Cihangir Atasever ABŞ-ın “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan kosmosa uçub.

Uçuş zamanı o, Türkiyə və Azərbaycan bayraqları olan forma geyinib.

Tuva Cihangir Atasever və missiyanın digər üzvləri “Qəhrəman yürüşü” edərək kosmik təyyarəyə doğru yollanıblar. Türk kosmanavt bir sıra sınaqlar həyata keçirib.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin 100 illiyində Türkiyə Kosmik Agentliyi və TUBİTAK-ın seçimi əsasında 2 astronavt kosmosa uçuş haqqı qazanıb. Türkiyənin ilk astronavtları Alper Gezeravcı və Tuva Cihangir Atasever 36 min namizədin arasından seçilib.

Alper Gezeravcı bu il yanvarın 18-də Beynəlxalq Kosmik Stansiyaya uçub.

Həmçinin yoxlayın

Molla rejimi Həmədanda 40 vətəndaşın əmlakını “vətənə xəyanət” ittihamı ilə müsadirə edib

GADTB: İran məhkəmə sistemi Həmədan əyalətində 40 nəfərin əmlakının “vətənə xəyanət” və “düşmənlə əməkdaşlıq” ittihamları …

Çin şirkətləri “Şahed” PUA-ları üçün komponentləri İrana və Rusiyaya çatdırmağa davam edir

GADTB: The Wall Street Journal Çin gömrük məlumatlarına istinadən yazır ki, Çin şirkətləri ABŞ sanksiyalarına …