Çərşənbə , Oktyabr 14 2026
azfa

İran uranın zənginləşdirilməsini qat-qat artırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran hökuməti ölkənin ən məxfi nüvə obyektlərindən biri olan Fordoda uranın zənginləşdirilməsi imkanlarını üç, hətta dörd dəfə artırmağı planlaşdırır.

Bu barədə Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu və “Vaşington Post” qəzeti məlumat yayıb.

Qəzet hərbi ekspertlərin məxfi sənədlərinə və təhlillərinə əsaslanaraq, Fordoda baş verən böyük inkişaf barədə yazıb və bunun tezliklə zənginləşdirilmiş uran istehsalının bir neçə dəfə artırılmasına səbəb olacağını vurğulayıb.

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyi bundan əvvəl Fordo və Nətənz obyektlərində yeni sentrifuqa kaskadlarının quraşdırılmasına və istismarına başlanıldığını təsdiq edib.

Həmçinin yoxlayın

Azərbaycanlı şair və həkim Aqşın Ağkəmərli vəfat edib

GADTB: Bu gün səhər saatlarında Azərbyacn Respublikasında yaşayan Güney Azərbaycandan olan folklorşünas, tədqiqatçı və yazıçı …

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …