Cümə , Oktyabr 16 2026
azfa

Güney Azərbaycanda təqaüdçülər etiraza qalxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Şərqi Azərbaycanda təqaüdçülərin kütləvi mitinqi keçirilib.

Kommunikasiya şirkətinin mərkəzi ofisi qarşısında keçirilən etiraz aksiyasının iştirakçıları şirkətin öz maliyyə öhdəlikləri və onların tələblərini yerinə yetirməməsindən məyus olduqlarını bildiriblər.

Onlar pensiyaçılar qarşısındakı bütün öhdəliklərin dərhal yerinə yetirilməsini və pensiyaçıların hüquqları ilə bağlı bütün qanunvericilik normalarına ciddi əməl olunmasını tələb edirlər.

Təqaüdçülərin nümayəndələri tələbləri yerinə yetirilənə qədər aksiyalarını davam etdirmək niyyətində olduqlarını bildiriblər. Onlar şirkət rəhbərliyini və İranın telekommunikasiya sektorunda qərar qəbul edən şəxsləri aktual problemlərin həlli və bütün keçmiş işçilər üçün ədalətin təmin edilməsi üçün tədbirlər görməyə çağırıblar.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …