Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Molla rejimi həbs etdiyi azərbaycanlı fəalları məhkəməyə çağırdı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Tehranın Evin zindanında həbsdə saxladığı Azərbaycan Milli Hərəkatının fəallarından olan Murtaza Pərvin, Baqir Hacızadə, Ayaz Seyfxah və Kamal Nuri Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsinə çağırıb.

Fəallara göndərilən çağırış məktubunda bildirilib ki, bu onlara qarşı açılan məhkəmə işi ilə bağlı dinləmə iclasının keçirilməsi ilə bağlıdır.

Azərbaycanlı milli fəallar iyulun 3-də məhkəmədə onlara qarşı irəli sürülən ittihamlara qarşı özlərini müdafiə etmək üçün çıxış etməlidirlər.

Qeyd edək ki, adı çəkilən fəallar və başqa bir neçə fəal fevral ayının 5,6 və 7-də Xiyav, Ərdəbil, Rəşt, Urmu, Təbriz, Tehran, Kərəc və Astara şəhərlərində həbs ediliblər.

Molla rejimin ETTELAAT məmurları onların bəzilərinin evinə hücum edib, axtarış aparıb və onlara məxsus bir sıra avadanlıqları müsadirə edib.

Həmçinin yoxlayın

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …

İran Araz Azad İqtisadi Zonasını əsas logistika mərkəzlərindən birinə çevirmək istəyir

GADTB: İran Araz Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Hadi Müqəddəmzadə …