Bazar , Sentyabr 20 2026
azfa

Molla rejimi həbs etdiyi azərbaycanlı fəalları işgəncə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Milli Hərəkatının fəallarından olan və Təbrizdə rejimin zindanında həbsdə saxlanılan azərbaycanlı fəallar Salar Tahir Əfşar və Kərim İsmayılzadə aclıq aksiyası keçirdiklərinə və bu aksiyanı dayandırmadıqlarına görə zindan nəzarətçiləri tərəfindən bir neçə dəfə işgəncəyə məruz qalıb və döyülüblər.

Azərbaycanlı fəal Salar Tahir Əfşar da ailəsi ilə telefon əlaqəsi saxlamaqdan və görüşdən məhrum edilib.

Qeyd edək ki, hər iki azərbaycanlı milli fəal Evin zindanında aksiya keçirən azərbaycanlı məhbuslara dəstək məqsədilə iyunun 24-dən aclıq aksiyası keçiriblər.

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …