Molla rejimin edama mhkum etdiyi azərbaycanlı qadın fəala azadlıq tələb edildi

Tehranın Evin zindanıında 16 qadın məhbus azərbaycanlı İşçi Hərəkatı fəalı Şərifə Məhəmmədi barəsində çıxarılan edam hökmünü pisləyərək, hökmün ləğvini istəyiblər.

Siyasi mıhbuslar bunun hökumətin digər əleyhdarları üçün növbəti ağır hökmlərin başlanğıcı ola biləcəyi haqqında xəbərdarlıq ediblər.

Məlumata görə, 16 qadın məhbus Rəşt şəhərinin Lakan zindanında saxlanılan Şərifə Məhəmmədiyə dəstəklərini açıqladığı bəyanatda yazıb: “Bu ölüm hökmü yalnız Şərifə üçün deyil, biz hamımızın insan haqlarını müdafiə edən bütün qadın fəallar üçün verilən bir hökmdür”.

Bununla yanaşı Evin həbsxanasında saxlanılan 25 kişi, 30 qadın siyasi məhbus isə iylun 11-dən etibarən Şərifə Məhəmmədinin edam hökmünün ləğv edilməsi tələbi ilə aclıq aksiyasına qoşulacaqlarını bildiriblər.

Qeyd edək ki, Şərifə Məhəmmədi keçən il dekabrın 5-də həbs olunub və iyunun 10-da Rəştdə məhkəməsi keçirilib. O, şərlənərək siyasi təşkilatla əlaqədə olmaqda ittiham edilib.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …