Çərşənbə , İyun 24 2026
azfa

ABŞ: Dəniz mühasirəsi davam edir, indiyədək 89 gəminin marşrutu dəyişdirilib

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam Respublikasına qarşı tətbiq olunan dəniz mühasirəsi çərçivəsində indiyədək 89 gəminin marşrutunu dəyişməyə məcbur etdiklərini açıqlayıb.

CENTCOM mayın 29-da “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada ABŞ-ın İrana qarşı tam dəniz mühasirəsini davam etdirdiyini və İran limanlarına gedən və oradan çıxan ticarət axınının qarşısını aldıqlarını bildirib.

ABŞ, Pakistanın paytaxtı İslamabadda İranla keçirilən üzbəüz danışıqların nəticəsiz qalmasından sonra bu ilin aprelin 13-də İran limanlarına qarşı dəniz mühasirəsinə başlamışdı.

Həmin danışıqlar İslamabadda əldə olunan atəşkəsdən bir neçə gün sonra keçirilmişdi. Tərəflər sonrakı mərhələdə qarşılıqlı təkliflər mübadiləsi aparsalar da, müzakirələr nəticəsiz başa çatmışdı.

İran hakimiyyəti isə müharibənin başlanğıcından etibarən Hörmüz boğazını bağlayıb. Bu addım bölgədə enerji təhlükəsizliyi və dəniz nəqliyyatı ilə bağlı narahatlıqları daha da artırıb.

Həmçinin yoxlayın

Sayın Əjdər bəy Tağızadə Əbülfəz Elçibəyin anım tədbirində çıxış edib-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Tramp: Tehran Hörmüz boğazından keçən gəmilərdən pul alsa, danışıqlar dərhal başa çatacaq

GADTB: ABŞ prezidenti Donald Tramp Truth Social hesabında paylaşdığı açıqlamada bildirib ki, İran İslam Respublikası …