Cümə axşamı , Mart 13 2025
azfa

ABŞ-da Azərbaycanın 14 min il yaşı olan tarixi Qobustanla abidəsi barədə məqalə yayıldı –Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın Yaxın Şərq və Aralıq dənizi hövzəsinin qədim tarixini tədqiq edən Amerika Şərq Tədqiqatları Məktəbləri Elmi Qeyri-Hökumət Təşkilatının Denver şəhərində növbəti konfransı keçirilib.

Tədbirdə ABŞ-ın Arizona Dövlət Universitetinin antropologiya bölməsinin əməkdaşı, arxeoloq Valter Krist “Qafqazda Yaxın Şərq masaüstü oyunları? Şərqi Azərbaycandan yeni sübutlar” mövzusunda məruzə ilə çıxış edib.

Alim məruzəsində Qobustandakı Çapmalı tunc dövrü yaşayış yeri yaxınlığındakı qayalardan birində əks olunan təsvir barədə məlumat verib. Bildirilib ki, təsvir Qədim Misirdəki “Tazılar və çaqqallar/58 xana” masaüstü oyunu ilə oxşarlıq təşkil edir.

V.Krist Cənubi Qafqazın əkinçi-maldar əhalisinin Qədim Misir, o cümlədən Yaxın Şərqlə əlaqələrinin indiyədək ehtimal edildiyindən də intensiv olduğunu söyləyib.

O, həmçinin bu ilin aprel ayında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna elmi ezamiyyəti və Abşeron yarımadasındakı qayaüstü rəsmlər üzrə pilot layihə barədə iştirakçılara məlumat verib.

Amerikalı alimin çıxışı dünya üzrə 12 milyon oxucu auditoriyasına malik olan ABŞ-ın “Science News” jurnalında “Daş üzərində həkk edilmiş tunc dövrünün “58 xana” adlı masaüstü oyunu Azərbaycanda tapılıb” sərlövhəsi ilə dərc edilib.

Həmçinin yoxlayın

Təbrizdə tibb işçiləri etiraza qalxdılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Təbrizdə bir qrup tibb işçisi Nisfirah …

Türk Dövlətləri Təşkilatının bayrağının yenilənməsi ilə bağlı mərasim keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Dövlətləri Təşkilatının yenilənən bayrağına keçidlə bağlı rəsmi …

Bir cavab yazın