ABŞ-da türklərin TASC televiziyasının yayıma başlaması coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Türkiyə-Amerika İstiqamətləndirmə Komitəsi TASC-ın (Türk Amerikan Yönlendirme Komitesi) ölkədə yaşayan Türkiyə vətəndaşları və soydaşları bir araya gətirmək üçün qurduğu TASC TV xüsusi proqramıyla 24 saat fasiləsiz yayım həyatına başladı. Bu münasibətlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan video-mesajla təbrik edib: “TASC televiziyasının ana vətəndən uzaqda yaşayan, ancaq ürəkləri Türkiyə üçün çırpınan siz bacı-qardaşlarıma faydalı xidmətlər göstərəcəyinə inanıram. Bu layihəni həyata keçirən TASC İdarə Heyəti və televiya işçilərini təbrik edirəm.”

R.T.Ərdoğanla yanaşı Türkiyənin rəsmi qurum və ayrı-ayrı siyasi partiya nümayəndələri də TASC TV-yə təbrik mesajları göndərib.

Xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran başda olmaqla bir sıra səfirlik, baş konsulluq və qeyri-hökumət təşkilatları təmsilçiləri canlı yayıma qoşularaq təbrik və təşəkkür mesajlarını çatdırıblar. 

Xüsusi açılış proqramında çıxış edən Türkiyə-Amerika İstiqamətləndirmə Komitəsinin həmsədrləri Günay Evinç və Xəlil Mutlu da TASC TV-nin fasiləsiz yayım fəaliyyətinə başlamasıyla əlaqədar duyğularını paylaşıblar. G.Evinç: “Yaxşı niyyət, cəsarət və böyük bir ümidlə bu yola çıxdıq. Türkiyə ilə bağlı çox böyük məlumat çirkliliyi var. TASC TV həm doğru informasiya çatdırmaq, həm də Türkiyə-Amerika əlaqələrini inkişaf etdirmək üçün böyük dəstək olacaq”, – deyib.

X.Mutlu isə öz növbəsində TASC TV-də çalışan 43 nəfərə ayrı-ayrılıqda təşəkkürünü bildirdikdən sonra bu sözləri söyləyib: “Türkiyə düşməni FETÖ və erməni lobbisi ilə apardığımız mübarizə TASC TV yayımları üzərindən daha güclü şəkildə davam edəcək.”

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …