Şənbə , Sentyabr 26 2026
azfa

ABŞ-ın sanksiyalarına görə Almaniyanın “Volksvagen” şirkəti İrandan çıxır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ administrasiyası “Volksvagen” avtomobil şirkətini İran adlanan ölkədə bütün fəaliyyətini dayandırmağa inandıra bilib.

Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenella deyib. Onun sözlərinə görə, razılaşma çərşənbə axşamı əldə edilib:

“Şirkət ABŞ sanksiyalarına əməl edəcəyini bildirib. Biz bu qərardan razıyıq”.

O, “Volksvagen”in bundan sonra da İranda humanitar xarakterli fəaliyyətlə məşğul ola biləcəyinə izn verildiyini bildirib.

Həmçinin yoxlayın

CNN “qiyamət günü” təyyarəsinin uçuşundan xəbər verdi: Yaxın Şərqdə “qiyamət ssenarisi”

GADTB: CNN iki yüksək rütbəli Pentaqon rəsmisinə istinadən Yaxın Şərqdə misli görünməmiş və son dərəcə …

Azərbaycanlı fəallar Əli Vasiqi, və Siyamək Mirzayi üç aydır qanunsuz həbsdə saxlanılırlar

GADTB: Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan milli fəallar Əli Vasiqi, və Siyamək Mirzayinin barələrində çıxarılan …

Bir cavab yazın