Çərşənbə , İyun 10 2026
azfa

ABŞ İranı pozuculuq fəaliyyətinə görə cəzalandıracaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ bundan sonra da İranla nüvə proqramı barədə razılaşmanın çatışmazlıqlarının aradan qaldırılması istiqamətində çalışacaq. Bu sözlər ABŞ Dövlət katibi Reks Tillersonun “Nyu York Tayms” qəzetində dərc olunan məqaləsində yer alıb.

Tillersonun sözlərinə görə, artıq İranla zərərli razılaşma Vaşinqtonun Tehranla münasibətlərində mərkəzi yeri tutmur:

“ABŞ bundan sonra özünün Yaxın Şərqdəki müttəfiqləri ilə alyansları bərpa etmək niyyətindəyik. Biz müttəfiqlərimiz və Konqreslə birgə işləməyi davam etdirərək, nüvə razılaşmasının çatışmazlıqlarının ortadan qaldırılması üçün yollar axtaracağıq. Bununla bərabər, müttəfiqlərimizlə səylərimizi birləşdirib, İranı ballistik raketlərin hazırlanması proqramı ilə bağlı üzərinə götürdüyü öhdəlikləri pozduğuna və regionda pozuculuq fəaliyyətlərinə görə cəzalandıracağıq”.

Həmçinin yoxlayın

İranın son hücumları zamanı ABŞ bazaları və qüvvələri zərər görməyib

GADTB: Adı açıqlanmayan bir ABŞ rəsmisi Reuters agentliyinə bildirib ki, İranın raket və pilotsuz uçuş …

ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağanı müzakirə edir

GADTB: “The New York Times” qəzeti xəbər verir ki, ABŞ və İran nüvə sazişi danışıqları …

Bir cavab yazın