Çərşənbə axşamı , Aprel 16 2024
azfa

ABŞ-la Türkiyə S-400 raketləri üçün ciddi qarşı-qarşıya gəlir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  “Türkiyə yaxında Rusiyadan S-400 zenit raket kompleksini təhvil alacağı üçün üst-üstə iki il ABŞ-ın sanksiyalarına məruz qalacaq”.

Bu barədə mərkəzi Londonda yerləşən “The Economist” dərgisi geniş məqalə yayımlayıb.

Məqalədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ ilə NATO-nun qarşı çıxdığı S-400 müdafiə sistemlərinin alınması ilə bağlı dediyi “kimsə bizdən tüpürdüyümüzü yalamağımızı gözləməsin” sözlərini xatırladıb. S-400-ün rəqib sistemlərlə müqayisədə 2,5 milyard dollar daha ucuz olduğu vurğulanan məqalədə Türkiyənin bu satışın altından qalxa bilməyəcəyi ehtimalları da dəyərləndirilib:

“Razılaşmadan vaz keçməzsə, ya da S-400-ün NATO-da yaratdığı təşvişi azaltmazsa, Türkiyə özünü ABŞ-ın maliyyə sanksiyaları ilə qarşı-qarşıya görəcək. Saat işləyir. Rusiya batareyaların ilk təhvil mərhələsini iyul ayında gerçəkləşdirməyi planlaşdırır. ABŞ Xarici İşlər və Müdafiə nazirlikləri S-400-lərin alış-verişinin ağır nəticələrinin olacağı barədə xəbərdarlıq edib. Pentaqona görə, Türkiyə Amerikadan 100 döyüş təyyarəsi almağı ehtiva edən F-35 proqramından çıxarılmaq, bundan başqa, Rusiya kəşfiyyatı və müdafiə sektoru ilə təmas quran şəxs və qurumlara qarşı CAATSA adlı qanun çərçivəsində sanksiyaya məruz qalmaq riski ilə qarşılaşacaq. Bu durum xaos yaradacaq. Amerika Türkiyənin F-35 proqramı üçün verdiyi 1 milyard dolları geri vermək məcburiyyətində olacaq. Türk istehsalçılar əhəmiyyətli detalları istehsal edir. Bunların yerinə yenisini tapmaq iki ilə başa gələcək”.

Məqalənin sonunda qeyd edilib ki, Türkiyə bundan sonra istəsə də S-400 sistemlərindən vaz keçə bilməyəcək. Çünki başda Suriya mövzusu olmaqla, Rusiya ilə Türkiyə arasında olduqca ciddi gərginlik yarana bilər: “Ərdoğan rus silahlarını anbarda saxlayaraq, ya da başqa ölkəyə sataraq böhrandan xilas ola bilər. Amma bu da kifayət etməyəcək. Amerika sadəcə sistemin yerləşdirilməsinə deyil, alınmasına da qarşıdır. Çox mütəxəssis artıq bir böhranın yaşanıb-yaşanmayacağını deyil, nə zaman və necə yaşanacağını düşünür. Bəziləri Amerikanın Türkiyədəki 31 mart seçkilərindən öncə Ərdoğana təzyiq göstərib dalana dirəyəcəyini belə deyir”.

Həmçinin yoxlayın

On yeddi yaşlı yeniyetmə Vahid Əsğərinin qeyri-müəyyən vəziyyətdə həbsi davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Səhənd şəhərində yaşayan 17 yaşlı məktəbli Vahid Əsğəri …

Qadınlar molla rejimin hicab zorakılığına qarşı dirənməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, molla rejimi yenidən qadınlara məcburi hicaba görə vəhşilik …

Bir cavab yazın