Şənbə , Oktyabr 24 2026
azfa

ABŞ Menbiçdə Türkiyəyə qarşı kürd terrorçularını dəstəkləməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin hərbi bazasının da yerləşdiyi Menbiç sərhədinə yaxın ərazidəki Əl Humran kəndində ABŞ əsgərləri YPG/PKK terrorçuları ilə birlikdə patrul nəzarəti həyata keçirib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, hadisə Azad Suriya Ordusu (ASO) tərəfindən dronlarla izlənilib. ABŞ əsgərlərinin terrorçularla eyni mövqeləri qoruduğu görünüb.

Qeyd edək ki, ABŞ bir qədər əvvəl Menbiçdə Türkiyə ilə birlikdə patrul fəaliyyəti icra etmişdi.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın