Çərşənbə , İyun 10 2026
azfa

ABŞ Türkiyə ilə geniş münasibətlərə malik olduğunu bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə ilə geniş münasibətimiz var və onlarla bu məsələləri hər görüşümüzdə danışırıq. Bunu ABŞ Dövlət Katibliyinin sözçüsü Hizer Noyert söyləyib.

“İki ölkə arasındakı problemlərin həlli üçün ABŞ-a gələn nümayəndə heyəti ilə geniş danışıqlar aparıldı. Keşiş Endryu Bransonun evə qayıtması tələbi birmənalı şəkildə edildi. Bu danışıqların bir qismini ictimaiyyətlə açıq şəkildə müzakirə etməyəcəyik. İrəliləyiş olaraq Bransonun geri qayıtmasını görürük”, – Noyert söyləyib.

Qeyd edək ki, Vaşinqtonda səfərdə olan Türkiyə nümayəndə heyəti artıq Ankaraya geri dönüb.

Həmçinin yoxlayın

ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağanı müzakirə edir

GADTB: “The New York Times” qəzeti xəbər verir ki, ABŞ və İran nüvə sazişi danışıqları …

Urmiyada mərhum ustad İsa Nəzərinin vəfatının qırxı mərasimi keçirilib- Video

GADTB: Tanınmış jurnalist və Azərbaycan milli fəallarından biri olan mərhum İsa Nəzərinin vəfatının qırxıncı günü …

Bir cavab yazın