Cümə axşamı , İyul 30 2026
azfa

ABŞ Türkiyəyə jest üçün kürdləri oyundan çıxarır

Amerikalılar türklərlə əlaqələri düzəltmək üçün sadəcə Afrin və Menbiçi deyil, başqa şəhərləri də boşaltmaları üçün kürdlərə təzyiq göstərir. Bu sözləri rusiyalı siyasi ekspert Vladimir Fitin deyib.

Ekspert bildirib ki, amerikalıların bu addımı kürdlərin mənafeyinə ciddi zərbədir:

“Bu səbəbdən kürdlər Vaşinqtonla aralarında yaşanan anlaşılmazlıqlardan dolayı Dəməşqlə danışıqlara başlayıblar. Budan əlavə, kürdlər nəzarətdə olan nefti satmaq məsələsində də çətinliklərlə qarşılaşırlar. Onlar ancaq Suriya hökumətinin nəzarətində olan bölgələrdən istifadə edərək nefti satırlar”.

Fitin sonda kürdlərin müstəqil olmadığını, hər şeyin amerikalıların atacağı addımdan asılı olduğunu bildirib.

Həmçinin yoxlayın

Siyamək Mirzayinin həbs müddəti uzadılıb; girov qarşılığında azadlığa buraxılacağı ilə bağlı vəd yerinə yetirilməyib

GADTB: Siyamək Mirzayinin ailəsinə yaxın mənbələrdən daxil olan məlumata görə, azərbaycanlı fəal barəsində bir aylıq …

SEPAH xüsusi təyinatlı qüvvələri İranın qərb sərhədlərinə göndərib

GADTB: SEPAH-a bağlı media hesabı X sosial şəbəkəsində yayımladığı məlumatda bildirib ki, İraq ərazisindən silahlı …

Bir cavab yazın