Çərşənbə , İyul 29 2026
azfa

ABŞ uyğur türklərinə qarşı repressiyaları soyqırımı kimi tanımağa hazırlaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ prezidenti Donald Trumpın administrasiyası Çindəki uyğur müsəlmanlarına edilən repressiyaları “soyqırımı” adlandırmağı müzakirəyə qoyub.

İstifadə olunan terminlərlə bağlı məsələ hazırda Dövlət Departamenti, Daxili Təhlükəsizlik Nazirliyi və Milli Təhlükəsizlik Şurasının işçi qruplarında müzakirə olunur.

Məlumata görə, Vaşinqtonun Pekini həmçinin bəşəriyyətə qarşı cinayətlərdə və ya etnik təmizləmədə ittiham edə biləcəyi variantı da nəzərdən keçirilir.

Xatırladaq ki, Çində uyğur türklərinə qarşı sistematik təqib siyasəti yürüdülür. 2017-ci ildə Çinin Sincan-Uyğur Muxtar Rayonunda uyğurlar üçün siyasi-ideoloji təlim düşərgələri açılmağa başlayıb.Bu düşərgələrdə 1 milyondan çox uyğur türkü saxlanılır. Rəsmi Pekin orada sadəcə Çin dili və mədəniyyətinin öyrənilməsi, həmçinin peşəkar hazırlıq kurslarının keçirildiyini iddia edir. Bununla belə, Çin orada uyğurların vəziyyəti ilə bağlı dünya ictimaiyyətinə ətraflı məlumat verməkdən çəkinir. Xeyli sayda məşhur uyğur alim, sənətkar və peşəkar idmançıların həmin düşərgələrdə saxlanıldığı güman edilir.

Həmçinin yoxlayın

Siyamək Mirzayinin həbs müddəti uzadılıb; girov qarşılığında azadlığa buraxılacağı ilə bağlı vəd yerinə yetirilməyib

GADTB: Siyamək Mirzayinin ailəsinə yaxın mənbələrdən daxil olan məlumata görə, azərbaycanlı fəal barəsində bir aylıq …

SEPAH xüsusi təyinatlı qüvvələri İranın qərb sərhədlərinə göndərib

GADTB: SEPAH-a bağlı media hesabı X sosial şəbəkəsində yayımladığı məlumatda bildirib ki, İraq ərazisindən silahlı …

Bir cavab yazın