ABŞ və İsrail İrana qarşı birləşdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Pentaqon rəhbəri Ceyms Mettis İsrailin Müdafiə naziri Aviqdor Libermanla görüş zamanı deyib ki, prezidenti Reyqanın 1982-ci ildə dediyi kimi, ABŞ İsrail dövlətinə olan bağlılığından heç vaxt vaz keçməyib və bu bağlılıq hələ də sarsılmazdır.

ABŞ-la İsrail arasındakı hərbi əlaqələrin heç olmadığı qədər güclü olduğunu bildirən Mettis iki ölkə arasında əməkdaşlığın İrana qarşı Yaxın Şərqdə təhlükəsizlik və tərəqqini təmin edəcəyini söyləyib.

Liberman isə çıxışı zamanı ABŞ Prezidenti Donald Trampın Qüds açıqlamasına diqqət çəkib. Yəhudi nazir Trampın qərarını “tarixi” adlandırıb.

Həmçinin yoxlayın

Marağada yanğın zamanı 13 yanğınsöndürən xəsarət alıb

GADTB: Dünən Marağa sənaye şəhərciyində yerləşən mühərrik yağı istehsalı zavodunda baş verən genişmiqyaslı yanğın tam …

Molla rejimi körfəzdən keçən gəmilərdən qazanc məqsədilə Hörmüz boğazı üçün “Hormuz Safe” sığorta saytını açıb

GADTB: İran Hörmüz boğazından keçən gəmilər və dəniz yükləri üçün nəzərdə tutulmuş yeni ixtisaslaşmış sığorta …

Bir cavab yazın