Bazar , Noyabr 29 2026
azfa

Mədəni nəzir kimi Zəncanda uşaqlar arasında türk dilində kitablar paylanıb-Video

GADTB: Aşura günü Zəncan şəhərində fəaliyyət göstərən “Sevinc Book” (Sevinc Book) mədəniyyət qrupu mədəni nəzir aksiyası çərçivəsində uşaqlar arasında türk dilində kitablar paylayıb.

Bu proqram mütaliə mədəniyyətinin təşviqi, dil kimliyinin gücləndirilməsi və uşaqlarda kitab oxumağa marağın artırılması məqsədilə təşkil olunub və tədbir iştirakçısı olan bəzi ailələr və uşaqlar tərəfindən maraqla qarşılanıb.

Yayımlanan məlumata görə, tədbirin təşkilatçıları bildiriblər ki, əsas məqsədləri dini günlərdən istifadə edərək yeni nəsil arasında mədəni və maarifləndirici fəaliyyətləri gücləndirməkdir.

Aksiya çərçivəsində uşaqlara türk dilində hazırlanmış uşaq və maarifləndirici məzmunlu kitablar paylanıb. Bununla onların həm mütaliəyə, həm də ana dillərinə daha yaxından maraq göstərmələri üçün şərait yaradılması hədəflənib.

https://t.me/GADTB1/54521

Həmçinin yoxlayın

İran ABŞ qüvvələrinə qarşı hücumları dəstəkləmək üçün Starlink-dən istifadə edib

GADTB: “The Washington Post” qəzeti bir hesabatında yazıb ki, İran İslam Respublikası fevralın 28-də ABŞ …

Azərbaycanın Kürdüstan vilayətinə birləşdirilmiş bölgələrində tarixi türk adlarının dəyişdirilməsi və saxtalaşdırılması cəhdlərinə etiraz

GADTB: İrqçi fars-molla rejiminin yaşıl işığı ilə bölgəyə köçmüş kürdlər tərəfindən həmin rejimin Kürdüstan vilayətinə …