Cümə , Aprel 19 2024
azfa

ABŞ Xameneinin yalanlarla dünya ictimaiyyətini aldatmağa çalışdığını ifşa etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın dövlət katibi Mayk Pompeo Əli Xameneinin  koronavirusun yeni növündə (Covid-19) baş verən hadisələr və ölümlər də daxil bir çox məlumatı dünyadan gizlətdiyini və yalan danışdığınl ifşa edib.

Pompeo həmçinin “Xameneinin söylədiyi yalanlar insanların həyatına təhlükə yaradır” başlıqlı yazılı  bəyanat yayıb.

Bəyanatında Covid-19 üçün “Vuhan virusu” ifadəsindən istifadə edən Pompeo Xameneinin dünyadan gizlətməyi üstün tutduğu bəzi həqiqətləri açıqlayacaqlarını qeyd edib.

İranın xüsusi aviaşirkəti Mahan Airin keçən ay Tehran-Çin xəttində ən az 55 uçuş reallaşdırdığını bildirən Pompeo ən az 5 ölkədəki ilk Covid-19 yoluxmasının İrandan qaynaqlandığını irəli sürüb.

Pompeo İranı milyonlarla insanın həyatını təhlükə ilə üzləşdirməkdə ittiham edib.

“İran rejimi özünün tibb işçilərinin xəbərdarlıqlarına qulaq asmadı və ən az 9 gün ərzində ilk koronavirus ölümünü inkar etdi. İran virusla əlaqəli yoluxma halları və ölümlərlə əlaqədar öz xalqına və dünyaya yalan danışmaqda davam edir. Təəssüf ki, həqiqi rəqəmlər rejimin açıqladıqlarından çoxdur” deyə Pompeo qeyd edib.

Pompeonun İranın 2012-ci ildən bəri xaricdəki terror qaynaqlarına 16 milyard dollar xərclədiyini iddia edib.

Pompeo “İran rejimi tibbi qaynaqlara xərclənməli olan bir milyard avrodan çox pulu oğurladı. Bununla yanaşı, indi qara bazarda satmaq üçün maskalar, əlcəklər və digər tibbi ləvazimatları saxlayır” deyə irəli sürüb.

ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların ərzaq, tibbi ləvazimatlar, dərman vasitələri və digər humanitar yardım maddələrini əhatə etmədiyinə diqqət çəkən Mayk Pompeo İran tibb şirkətlərinin yanvar ayından etibarən test dəstlərini idxal edə bildiklərini qeyd edib.

Xarici ölkələrə, o cümlədən İrana 100 milyon dollarlıq tibbi yardım təklif etdiklərini xatırladan Pompeo “Xamenei sui-qəsd nəzəriyyələri hazırlamaq üçün yorulmadan cəhd göstərdiyi və öz ideologiyasını İran xalqının maraqlarına uyğunlaşdırdığı üçün bu təklifi rədd etdi” deyə bildirib.

Həmçinin yoxlayın

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …

Bir cavab yazın