Cümə axşamı , Mart 28 2024
azfa

Aclıq aksiyası keçirən azərbaycanlı fəal zindanda huşunu itirmişdir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi Şahin Bərzgər ailəsi ilə telefon əlaqəsində fevralın 1 və 2-də iki günlük quru aclıq aksiyası keçirdiyini bildirib. İrqçi fars rejimin ETTELAAT İdarəsinin təkadamlıq kameralarında saxlandıqlarına etiraz olaraq aclıq edən fəal aksiyanın ikinci günündə huşunu itirmişdir. Bundan sonra isə rejimin ETTELAAT İdarəsinin məmurları azərbaycanlı fəalların zindana köçürüləcəyi barədə vəd veriblər. Artıq bundan bir gün sonra azərbaycanlı fəallar rejimin ETTELAAT İdarəsindən Təbrizdəki Mərkəzi Zindanına köçürülüblər.

Şahin Bərzgər həmçinin deyib ki, Məhəmməd Mahmudi və Səccad Şəhiri ayrı bölmədə, Əkbər Mühaciri, Şahin Bərzgər, Davud Şiri, Əyyub Şiri və Babək Hüseyni Müqəddəm isə eyni bölmədə saxlanılır.

Şahin Bərzgər dosyelərinin rejimin Təbrizdəki İnqilab Məhkəməsinin 1-ci şöbəsinə göndərildiyini bildirib. Onun sözlərinə görə, fəallar barəsində mülki vəsiqə qərarı çıxarılıb. Lakin həmin məhkəmə şöbəsi fəalların zaminə buraxılmasına icazə verməyib.

Yaxalanmış fəallar ailə üzvləri ilə telefon əlaqəsində deyiblər ki, dindirilmə zamanı onlara deyilib ki, siz noyabr etirazları bəhanəsi ilə saxlanılıbsınız. Lakin artıq saxlandığınız üçün, sizin barənizdə hır hansı bir hökm çıxarılmalıdır.

Qeyd edək ki, azərbaycanlı fəallar 2019-cu il noyabr etirazları zamanı Təbrizdə yaxalanıblar.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın