Şənbə , May 30 2026
azfa

Afrinlə terroçu kürdlərin əlaqəsi kəsilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Afrinin şəhər mərkəzi ilə şimal və qərbdəki kəndlər arasındakı əlaqə xəttinin bu gün kəsiləcəyi gözlənilir. Bununla da Mabatlı bölgəsi və digər yerlərdəki YPG terrorçuları küncə sıxışdırılacaq, heç bir yerə qaçmaq şansları qalmayacaq.

Afrinin mühasirəyə alınması ilə şimal və qərb cəbhələrində irəliləyiş davam edib. Son alınan kəndlərlə birlikdə Mabatlı bölgəsi ilə şəhər mərkəzi arasındakı əlaqə kəsilmək üzərədir. Bu gün terrorçuların Afrinlə əlaqəsinin tamamilə kəsilməsi gözlənilir. Beləliklə, Cinderesdən Bülbülə qədər olan xətdə yer alan kəndlərdəki terrorçuların da ərazidən qaçış imkanları sıfra endirilmiş olacaq.

ASO-nun Afrinin mərkəzi hissəsinin girişinə çatdığı bildirilib.

Bu arada isə TSQ və ASO-nun Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçu sayı 3567-ə yüksəlib.

Həmçinin yoxlayın

Yunanıstan Türkiyə inkişafda olan müdafiə gücündən qorxuya düşüb

GADTB: Yunanıstan mediası yazıb ki, Türkiyə modernləşdirilmiş F-16 donanması, “Tayfun” tədarükü, KAAN layihəsi və güclü …

Azırbaycanlı yazıçı və tədqiqatçı dünyasını dəyişib

GADTB: Yazıçı, jurnalist və tədqiqatçı “Sahir” Ədəbi Dərnəyinin üzvü Əhməd Əsgərpur (Peyam Sarablı) dünyasını dəyişib. …

Bir cavab yazın