Çərşənbə , İyun 24 2026
azfa

Ağ Ev sözçüsü Vaşinqtonun Tehranla danışıqlarda yeni şərtini açıqlayıb

GADTB: Ağ Evin sözçüsü Karolin Livit bildirib ki, İran müharibənin başa çatdırılması məqsədilə ABŞ ilə aparılan danışıqlar çərçivəsində zənginləşdirilmiş uran ehtiyatını Vaşinqtona təhvil verməyə razı olmalıdır.

O, “Fox News” telekanalına müsahibəsində Hörmüz boğazında baş verən son hadisələrə də toxunaraq qeyd edib ki, SEPAH qüvvələrinin ticarət gəmilərinə atəş açması atəşkəsin pozulması sayılmır, çünki həmin gəmilər ABŞ-a məxsus olmayıb.

Livit danışıqların gedişinə dair açıqlamasında vurğulayıb ki, Donald Tramp hələlik atəşkəsin başa çatması üçün konkret vaxt müəyyən etməyib və yekun zaman çərçivəsi “ABŞ prezidenti tərəfindən” müəyyənləşdiriləcək.

Bu açıqlama bəzi Amerika mediasında danışıqlarda irəliləyiş üçün 3–5 günlük müddətin müəyyən oluna biləcəyi barədə yayılan məlumatlar fonunda səsləndirilib.

Ağ Evin sözçüsü əlavə edib ki, Vaşinqton İranın danışıqlara vahid və aydın mövqe ilə qatılmasını gözləyir və iddia edib ki, İran rəhbərliyi daxilində bu məsələ ilə bağlı fikir ayrılıqları mövcuddur.

Həmçinin yoxlayın

Sayın Əjdər bəy Tağızadə Əbülfəz Elçibəyin anım tədbirində çıxış edib-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Tramp: Tehran Hörmüz boğazından keçən gəmilərdən pul alsa, danışıqlar dərhal başa çatacaq

GADTB: ABŞ prezidenti Donald Tramp Truth Social hesabında paylaşdığı açıqlamada bildirib ki, İran İslam Respublikası …