Alban soyadları 1836-cı ildən buyana

GADTB: Erməni soyadlarında tez-tez rast gəlinən “yants” (янц) suffiksi əslində, “lar” anlamında başa düşülmüşdür. Məsələn, Tiqranyants – yəni “Tiqranlar”. Yeri gəlmişkən, bu suffiksli soyadların məhz Zəngəzur, Qarabağ, Loru və Tavuş mənşəli ermənilərin soyadında müşahidə edilməsi də onun alban(türk) mənşəliliyindən xəbər verir.

1836-cı ildə Alban kilsəsinin müstəqilliyi Rusiya tərəfindən rəsmi ləğv edilərək Eçmiədzin katolik kilsəsinin tabeçiliyinə verildi, albanların bir hissəsi öz xristian dinindən imtina etməyərək tədricən erməniləşdilər, bir hissəsi isə islam dinini qəbul edərək öz milli mənsubiyyətlərini – türklüklərini qoruyub saxladılar.

Erməniləşdirilən həmin albanlarda nəslin ruhani mənsubiyyətini bildirmək üçün onların soyadlarının önünə “Ter” prefiksi (məsələn, Ter-Qriqoryan, Ter-Petrosyan və s.) artırılırdısa və bu da, əsasən, “keşiş ata” anlamına gəlirdisə (yeri gəlmişkən, ermənilər keşişə “terter” deyirlər), alban mənşəli ermənilərin digər bir hissəsinin isə soyadının əvvəlinə, əsasən, zadəgan titulu olan məlik (erməni əlifbasında “ə” səsi olmadığı üçün “melik” şəklində) prefiksi əlavə olunur. Bu soyadın əsasən Zəngəzur – Qarabağ mənşəli insanların soyadında geniş yayılması da onun alban xristian türklərinə məxsus olmasını təsdiq edir. Yeri gəlmişkən, sonralar bir hissəsi islamı qəbul edən həmin xristian alban türkləri soyadlarında məlik titulunu saxlamaqda davam etdilər, məsələn, Məlik-Abasov, Məlik-Yeqanov, Məlik-Ağalarov, Məlik-Aslanov, Məlik-Paşayev, Məlik-Kərəmov və.s

Mərhum akademik Z.Bünyadov qeyd edirdi ki, albanların qalıqları 1836-ci ildə erməniləşərkən erməni katolik dinini qəbul etməyənlər soyadlarının önünə “məlik” sözü əlavə edərək ikiqat türk soyadları daşımağa başladılar. Onlardan biri də Məlik-Ağalarovdur. Aran//Aron şəxs adı albanlarda geniş yayılmışdı və albanların 1836-cı ildə erməni- ləşdiriməsindən sonra həmin şəxslərin törəmələri Aranyan//Aronyan soyadını qəbul etmişlər.

Qukasyan soyadı Albaniya katolikosu olmuş Qukas şəxs adından düzəldilmişdir. AMEA-nın müxbir üzvü Voroşil Qukasyan özünü erməni deyil, məhz türk adlandırırdı. Bizcə, ermənilər bu soyadı 1836-cı ildə Dağlıq Qarabağ ərazisində yaşayan albanları erməniləşdirən zaman onlardan əxz etmişlər və ya bu günkü Qukasyanlar alban-türk Qukasın törəmələridir.

Dağlıq Qarabağda Məlik Yeqanlu sülaləsinin adı çəkilir. Bizcə, onlar türkdilli albanların 1836-cı ildə erməniləşdirilmiş varisləridir. İslam dinini qəbul edənlər isə Məlik-Yeqanov, Məlik-Aslanov, Məlik-Ağalorov ikili soyadlar daşımağa başlamışlar.

1836-cı ildə albanların bir hissəsi Eçmiədzin qriqorian kilsəsinə tabe edildiyi və erməniləşdirildiyi zaman Albaniya ərazisində məskunlaşmış maskut-hunlar da erməniləşdirilmiş, onların Zanazan və Sanesan adlarından Zana-zanyan//Sanasanyan erməni soyadları düzəldilmişdir. Ermənilərdə erməniləşmiş türk albanlar arasında Melik- Karamov və Melik-Karamyan ikili soyadlarına da rast gəlinir.

Əziz Ələkbərli,

Paşa Əsədov

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …