Bazar ertəsi , Dekabr 11 2023
azfa

“Ana dili – Azərbaycan məktəbi” layihəsi onlayn dərslərə start verdi

GADTB: Yeni tədris ilindən “Ana dili – Azərbaycan məktəbi” layihəsi məsafədən dərslərə start verib.

Bu günədək 29 fərqli ölkədən 600-ə yaxın soydaşımız layihədə iştirak üçün müraciət edib. Müraciətlərin təhlili aparıldıqdan sonra ümumilikdə 35 qrup olmaqla 6-18 yaş kateqoriyası üzrə 300-dən çox iştirakçı ana dili dərslərinə başlayıb.

Qruplar layihə iştirakçılarının yaş, dilbilmə səviyyəsi və saat qurşaqlarını nəzərə almaqla təşkil olunub. Layihənin tədris proqramı ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyətinə dair məlumatların daxil edildiyi mövzular əsasında hazırlanıb. Dərslər həftədə iki dəfə olmaqla “Microsoft Teams” platforması üzərindən təşkil edilir. Proqram iki rüb olmaqla 2023-2024-cü tədris ilini əhatə edəcək.

Vaxt və yaş kateqoriyası baxımından dərslərdə iştirak edə bilməyən şəxslər üçün yaxın vaxtlarda layihənin sosial media hesablarında və onlayn öyrənmə platformasına videodərslər yerləşdiriləcək.

Qeyd edək ki, “Ana dili – Azərbaycan məktəbi” Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə xaricdə yaşayan soydaşlarımız üçün ana dilini məsafədən öyrənməni təmin edən pilot layihədir.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi azərbaycanlı fəallara azadlıq tələbilə Ərdəbildə posterlər yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbil bir qrup azərbaycanlı fəal poster yapışdırmaqla həbsdə …

Urmiyada Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümü münasibəti ilə vərəqələr paylanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Urmiya şəhərində Azərbaycan Milli Hökumətinin qurulmasının …