Cümə axşamı , İyul 30 2026
azfa

Antitürk və manqurt İsfəndiyar Qarabağı Təbriz Bələdiyyəsi başqanının müşaviri oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, antitürk və manqurt İsfəndiyar Qarabağı Təbriz Bələdiyyəsi başqanının mədəniyyət və incəsənət işləri üzrə müşaviri təyin edilib.

Qeyd edək ki, İsfəndiyar Qarabağı uzun illər Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib. 2014-cu ildə Salmas şəhərinin bələdiyyə başqanı türk kimliyini müdafiə etmək məqsədi ilə bu şəhərin meydanlarından birində ucaldılan antitürk şeirlər söyləmiş Firdovsinin heykəlini meydandan götürmüşdür. Həmin hadisəyə görə, paniranist və şovinist qüvvələr İran adlanan ölkənin prezidentinə xitabən bəyanat yaydılar. Həmin bəyanatı İsfəndiyar Qarabağı da imzalamışdı.

Bəyanatı imzalayanlar ölkənin mədəni birliyinin təhlükəyə düşdüyündən nigaran olduqlarını bildirərək, Qərbi Azərbaycan və Salmasın kimliyinin türklərin xeyirinə dəyişdirildiyini iddia edib, bu hərəkəri sərt şəkildə qınamışdılar. İndi isə belə manqurt və paniranist şəxs Güney Azərbaycanın mərkəzində vəzifəyə gətirilib.

Paniranist və antitürk bir manqurdun bu vəzifəyə təyin edilməsi rejimin Azərbaycana qarşı necə əzmlə düşmən münasibətini davam etdirməsini sübut edir.

 

Həmçinin yoxlayın

Siyamək Mirzayinin həbs müddəti uzadılıb; girov qarşılığında azadlığa buraxılacağı ilə bağlı vəd yerinə yetirilməyib

GADTB: Siyamək Mirzayinin ailəsinə yaxın mənbələrdən daxil olan məlumata görə, azərbaycanlı fəal barəsində bir aylıq …

SEPAH xüsusi təyinatlı qüvvələri İranın qərb sərhədlərinə göndərib

GADTB: SEPAH-a bağlı media hesabı X sosial şəbəkəsində yayımladığı məlumatda bildirib ki, İraq ərazisindən silahlı …

Bir cavab yazın