Cümə axşamı , May 7 2026
azfa

admin

Xocalı soyqırımı sənədli filmi ABŞ-da film festivalında nümayiş etdirilib

GADTB-nin Mətbuat Mərkəzinin “Azərtaca”a istinadən yaydığı məlumata görə, ABŞ-ın Yuta ştatının festival şəhəri kimi tanınan Sedar şəhərində keçirilən nüfuzlu 11-ci “Red Rock” film festivalı çərçivəsində Xocalı soyqırımından bəhs edən “Zülmətdən qaçarkən” sənədli filmi nümayiş etdirilib. Film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk sənədli ekran əsəridir.

Ətraflı oxu »

Əjdər Tağızadə: “Şah Abbasın tövləsində cəza çəkmişəm”

“Sərhəddə sovet zabiti məndən soruşdu ki, Ququş necədir?” Əslən Azərbaycanın güneyindən olan, artıq 34 ildir İsveçdə yaşayan Əjdər Tağızadə redaksiyamızın qonağı oldu. Rahat Avropa həyat tərzinə qədərki zindan, işgəncə dolu ömür yolu keçən müsahibimiz çox ilginc xatirələrini bölüşdü. Bütöv Azərbaycan Birliyi, mərhum Əbülfəz Elçibəylə Bakıdakı, Kələkidəki görüşləri, sənədsiz-filansız Türkiyədən Naxçıvana …

Ətraflı oxu »

Regionda münaqişələrə səbəb olan Rusiya Xəzərdə geniş miqyaslı hərbi təlim keçirir

GADTB-nin Mətbuat Mərkəzinin “APA”ya istinadən yaydığı məlumata görə, Rusiyanın hərbi təlimlərinə bu imperialist dövlətin Xəzər donanmasının 20 gəmisi və kateri, o cümlədən “Dağıstan” və “Tatarıstan” raket gəmiləri, “Qrad Sviyajsk”, “Uqliç” “Velikiy Ustyuq”, “Volqodonsk”, “Mahaçqala” və “Astraxan” kiçik raket və artilleriya gəmiləri qatılıb.

Ətraflı oxu »

NATO-nun baş katibi Yens Stoltenberq telefonda Rəcəb Tayyib Ərdoğandan üzr istəyib

GADTB-nin Mətbuat Mərkəzinin məlumatına görə NATO-nun baş katibi Yens Stoltenberq Norveçdə keçirən NATO-nun hərbi təlimləri zamanı Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkə və Prezident Rəcəb Tayyib Ərdoğana qarşı göstərilən təhqirə görə üzr istəyib.Stoltenberq Rəcəb Tayyib Ərdoğana telefonla zəng vuraraq baş vermiş xoşagəlməz hadisəyə görə narahatlığını bildirib və üzr istəyib.

Ətraflı oxu »

Ərdəbilin tarixi Ağabağır hamamı baxımsız vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinin “Savalanxəbər” saytına istinadən yaydığı məlumata görə, Azərbaycanda Səfəvi dövrünə aid olan tarixi Ağabağır hamamı baxımsızlıq üzündən uçub dağılmaqdadır. Saytın təqdi etdiyi şəkildən də göründüyü kimi bu tarixi abidə tam baxımsız vəziyyətdədir. Tarixi əsər mühafizə və təmir edilmədən öz başına buraxılıb.

Ətraflı oxu »