GADTB-nin mətbuat mərkəzinin AZƏRTAC-a istinad edərək yaydığı məlumata görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının Cenevrədə təşkil etdiyi mətbuat konfransında Dünya Səhiyyə Təşkilatının nümayəndəsi Fadela Chaib məlumat verib. Onun sözlərinə görə, Yəməndə, ümumiyyətlə, 908 mindən çox insanda vəba xəstəliyinə yoluxma halları aşkarlanıb.
Ətraflı oxu »Ərdəbildə Şeyx Səfiəddin Türbə Kompleksinin təmirinə büdcə ayrılmır
GADTB-nin mətbuat mərkəzinə daxil olan məlumata görə, Ərdəbil vilayətinin Turizm, Əl Sənayesi və Mədəni İrs Təşkilatının direktoru Kərim Hacızadə Ərdəbildə Şeyx Səfiəddin Türbə Kompleksinə baxış keçirərkən bu barədə məlumat verib. O deyib ki, Ərdəbildə Şeyx Səfiəddin türbəsi Ərdəbilin YUNESKO-da qeydiyyatdan keçmiş təkcə özünəməxsus tarixi, mədəni və tayı-bərabəri olmayan memarlıq əsəridir.
Ətraflı oxu »Kürd terrorizmini dəstəkləyən Rusiya İraq Kürdüstanına neft müqaviləsi çərçivəsində pul ödəyir
GADTB-nin mətbuat mərkəzinin “APA” xəbər agentliyinə istinadən yaydığı məlumata görə, Rusiyanın “Rosneft” şirkəti ilə ve İraq Kurdustanı arasinda neft müqaviləsi imzalanıb. İmzalanan neft muqaviləsinin artıq detalları açıqlanıb. Bu barədə “RİA Novosti” xəbər agentliyinə İraqın kürd müxtariyyəti parlamentinin Maliyyə və iqtisadi məsələlər üzrə komitəsinin sədri İzzər Saber açıqlama verib.
Ətraflı oxu »İran rejimi Xoy əkinçilərinə ciddi iqtisadi xəsarət vurub
GADTB-nin mətnuat mərkəzinin Qərbi Azərbaycan mətbuatına istinadən yaydığı məlumata görə Xoy məntəqəsinin böyük günəbxan və kədu toxumu bazarı xaricdən ucuz və keyfiyyətsiz məhsullar idxalı üzündən ciddi tənəzzüllə qarşılaşıb. İran rejiminin bu barədə məqsədli yanlış iqtisadi siyasəti bazarda tələb və təklif balansını pozub. Nəticədə günəbaxan və balqabaq əkən Azərbaycan əkinçiləri, eləcə …
Ətraflı oxu »Əhər bağçıları da məhsullarını sata bilmədikləri üçün yol kənarına tökür
GADTB-nin mətbuat mərkəzinin yaydığı məlumata görə, İran rejiminin ayrı-seçkilik siyasəti, eləcə də bağçılıq məhsulları sahəsində mafiyanın yaradılmasına şərait yaratdığı üçün Güney Azərbaycanın müxtəlif bölgələrində bağçılar öz məhsullarını, xüsusilə alma məhsullarını sata bilmədikləri üçün yol kənarlarına tökürlər. Məlumata görə, Meşginşəhr, Marağa, Urmiya və digər bir neçə şəhərdə bəzi bağçılar meyvə ağaclarını …
Ətraflı oxu »Müəllimlər Rəsul Budaqi ilə bağlı Ruhaniyə müraciət edib
GADTB-nin mətbuat mərkəzinə daxil olan məlumata görə, bir qrup müəllim və mədəni fəal İran adlanan ölkənin prezidenti Həsən Ruhaniyə müraciət edərək, sinfi fəaliyyətlərinə görə bir neçə il həbsdə saxlanılan Rəsul Budaqinin öz işinə qayıtmasına şərait yaradılmasını istəyiblər.
Ətraflı oxu »Tramp İranın Səudiyyə Ərəbistanına raket atdığını iddia edib
GADTB-nin mətbuat mərkəzinin xarici mətbuata istinadən yaydığı məlumata görə, ABŞ prezidenti Donald Tramp İranı Səudiyyə Ərəbistanının paytaxtı istiqamətində raket atmaqda ittiham edib. Tramp deyib: “Mənim fikrimcə, İran Səudiyyə Ərəbistanına hücum edib. Siz bu barədə bilirsiniz, düzdür? Siz gördünüz ki, raket buraxılıb. Bizim sistemlərimiz isə onu vurub”.
Ətraflı oxu »Ərdəbildə işsizlik qəbuledilməz səviyyədədir
GADTB-nin mətbuat mərkəzinin əldə etdiyi məlumata görə Ərdəbil, Nir, Nəmin və Səreyinin İran adlanan ölkənin məclisindəki millət vəkili Məhəmməd Feyzi bu barədə açıqlama verib. O Ərdəbildə işsizliyin yüksək səviyyədə olduğuna toxunaraq, bu vilayətin məşğulluq planına ehtiyacının olduğunu və onsuz hər idarənin özü bildiyi kimi hərəkət etdiyini qeyd edib.
Ətraflı oxu »Urmiya gölü dövlətin 40 illik müdaxiləsi nəticəsində quruyub
GADTB-nin mətbuat mərkəzinə daxil olan məlumata görə, Qoşaçay, Sayınqala və Tikantəpənin İran adlanan ölkənin məclisindəki millət vəkili Humayun Haşimi Urmu gölünün qurudulması ilə bağlı belə açıqlama verib. O deyib: “Şübhəsiz Urmiya gölünün bu günkü vəziyyəti keçən 40 ildə məsuliyyətsiz müdaxilələr və qərarların nəticəsidir.
Ətraflı oxu »İran rejimi azərbaycanlı sərhədçilərin kürd terrorçular tərəfindən şəhid edilməsini gizlədir
GADTB-nin mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, cuma günü noyabr ayının 3-də PJAK kürd terrorçularının hücumu nəticəsində Qərbi azərbaycan vilayətinin Babanur məntəqəsində Çaldıran sərhəd polkuna hücumu nəticəsində 8 nəfər Azərbaycan türkü şəhid olub.
Ətraflı oxu »
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi