Şənbə , Yanvar 18 2025
azfa

Avropa Birliyi müşahidəçiləri İran, Çin və Rusiyanın birlikdə koronavirus barədə yalan yaydığını üzə çıxardı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropa Birliyi müşahidəçiləri İran, Çin və Rusiyanın birlikdə koronavirus barədə yalan yaydığını üzə çıxarıb.

Məlumatda bildirilir ki, hər üç ölkə bir-birilə koardinasiyalı şəkildə eyni mövqedən çıxış edərək koronavirusla bağlı məlumatları saxtalaşdırırlar. Hər üç ölkə koronavirusun bioloji silah olduğunu iddia edib, deyirlər ki, guya bu silah ABŞ-ın müxaliflərini məğlub etmək üçün yaradılıb və həmin bu üç ölkə koronavirusla mübarizədə bütün ölkələrdən daha çox uğur qazanıblar.

Həmçinin məlumatda bildirilir ki, İran idda edir beynəlxalq sanksiyaların koronavirusla bağlı mübarizəyə mənfi təsir edir və Rusiya mətbuatı da İranın yalanlarını dünyaya sırımağa çalışır. Halbuki, tibbi ləvazimat sanksiyalara daxil deyil və hər gün onlarla ton tibbi ləvazimat heç bir məhdudiyyət olmadan İrana daxil olur.

ABŞ Dövlət katibi Mayk Pompeo isə amerikalı jurnalist Ben Şapiroya müsahibəsində deyib ki, Vaşinqton çalışır ki, digər dövlətləri Pekinin koronavirusla bağlı informasiyaların bir qismini gizlətdiyini göstərə bilsin.

O, ABŞ-ın digər ölkələrə öz iqtisadiyyatlarını bərpa etməyə yardım etdiyini bildirib:

“Biz çalışırıq ki, bu ölkələr virusun Uhanda peyda olduğunu, Çin hakimiyyətinin bunu 2019-cu ilin dekabrında bildiyini və özünün baza öhdəliklərini icara etmədiyini anlasınlar. Ən vacibi odur ki, onlar ÜST-ün tələblərini yerinə yetirməyiblər və bunu gizlətmək üçün çox şey ediblər. Bu haqda çox geniş danışa bilərik”.

Pompeo Çin və İranın birgə yaydığı informasiyanın həqiqəti əks etdirmədiyini deyib:

“Hətta bu gün iranlılar və çinlilər dezinformasiya kampaniyaları üzərində çalışırlar. Avtoritar rejimlər böhran dövründə bir qayda olaraq əməkdaşlıq edirlər”.

Həmçinin yoxlayın

Türkiyə ABŞ-ın Cənubi Kıbrıs (Kipr) Rum Rəhbərliyinə silah satma qərarını pisləyib

GADTB: Türkiyə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Cənubi Kıbrıs (Kipr) Rum Rəhbərliyinə silah satma qərarını pisləyib. …

Human Rights Watch: İranda edamlar şiddətlənib

GADTB: Ötən il İbrahim Rəisinin həlak olması və Məsud Pezeşkanın Prezident seçilməsindən sonra da, İranda …

Bir cavab yazın