Bazar ertəsi , İyun 15 2026
azfa

Avstraliya-Azərbaycan Assosiyasiyası və GADTB-dən möhtəşəm Zəfər Günü tədbirləri-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosiyasiyası Prezidenti və GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oyta və sayın Sara xanım Azərsunun təşəbbüsü ilə Azərbaycanın Zəfər Günü Avstraliyanın Sidney şəhərində müxtəlif tədbirlərlə anıldı.

Gün boyu bütün şəhərdə böyük reklam avtomobili ilə Azərbaycan bayrağı, xari bülbül və Azərbaycanın Zəfər Günü lövhələri nümayiş etdirilib, əhaliyə Azərbaycanın zəfəri və işğal edilmiş ərazilərini azad etməsi barədə məlumat təqdim edilmişdir.

Günün ikinci yarısı və axşam saatlarında isə Zəfər Günü ilə bağlı Azərbaycan, Türkiyə və Avstraliya bayraqları ilə möhtəşəm avtoyürüş keçirilib.

Tədbirdə Avstraliyanın Sidney şəhərində Avstraliya-Azərbaycan Assosiyasiyası və GADTB üzvləri, eləcə də Sidneydə yaşayan azərbaycanlılar iştirak ediblər.

Tədbirdən video və şəkilləri təqdim edirik:

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …