GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ bölgəsində qeyri-qanuni olaraq “prezident seçkisi” və qədim şəhərimiz Şüşada “andiçmə” şousunun keçirilməsi dünyada fəaliyyət göstərən diaspor təşkilatlarının və soydaşlarımızın hiddətinə səbəb olub.
Bu günlərdə azərbaycanlıların diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrin dövlət və hökumət strukturlarına, eləcə də nüfuzlu beynəlxalq təşkilatlara ünvanladığı çoxsaylı müraciətlərdə Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistanın himayəsi altında cinayətkar rejimin atdığı addımların Azərbaycan Konstitusiyasına və beynəlxalq hüquq normalarına, eləcə də münaqişə ilə bağlı aparılan sülh danışıqlarına zidd olduğu vurğulanıb.
Avstraliya-Azərbaycan Assosiasiyası (AAA) tərəfindən Avstraliya hökumətinə ünvanlanan məktubda işğal altında olan Dağlıq Qarabağda qeyri-qanuni şəkildə fəaliyyət göstərən erməni separatçılarının beynəlxalq hüquq normalarına və beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymamasına diqqət cəlb edilib.
Avstraliya hökumətinin Xarici İşlər və Ticarət Departamentinin AAA prezidenti? GADTB beynəlxalq əlaqələr Departamentinin sdəri Mikayıl Oytaya cavab məktubunda bildirilib ki, Avstraliya hökuməti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır. Məktubda Avstraliya hökumətinin 2020-ci il martın 31-də erməni separatçıları tərəfindən keçirilən qondarma seçkiləri də tanımadığı və ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunması istiqamətində cəhdlərini dəstəklədiyi qeyd olunub.