Bazar ertəsi , İyun 16 2025
azfa

Azərbaycan azad etdiyi Şuşa və Hadrutun teleradio yayım stansiyasını bərpa edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi işğaldan azad olunan ərazilərdə teleradio yayımını bərpa edəcək.

Qurumun mütəxəssisləri işğaldan azad olunmuş ərazilərdə radio və televiziya yayımı xidmətlərinin qısa müddətdə tam bərpa olunması məqsədi ilə Xocavənd rayonunun Hadrut qəsəbəsində və Şuşa şəhərində işlər aparırlar.

Qeyd edək ki, Şuşa şəhərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən mövcud Radio-Televiziya Yayım Stansiyasının texniki binası və stansiyadakı avadanlıqlar ermənilər tərəfindən tam dağıdılıb, bəziləri isə demontaj olunaraq aparılıb, istismara yararsız vəziyyətə salınıb.

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əməkdaşlarının hazırladığı tədbirlər planına uyğun olaraq işğaldan azad olunan rayonlarda radio-televiziya yayımının qısa müddətdə bərpa olunması məqsədi ilə hazırlıq görülür.

Belə ki, ilkin olaraq Şuşa və Xocavənd rayonunun Hadrut Radio-Televiziya Yayım Stansiyasının işinin bərpa edilməsi məqsədi ilə mövcud daxili imkan və ehtiyatlardan istifadə olunacaq.

Texniki hazırlıq işləri başa çatdırılıb, Şuşa və Hadrut RTYS elektrik enerjisi ilə tam təmin olunduqdan sonra yayıma başlanacaq.

Nəticədə Hadrut və Şuşa Radio-Televiziya Yayım Stansiyasından yayımlanacaq ölkənin bütün telekanalları və 1 xarici kanal, eləcə də radio proqramları Xocavənd, Cəbrayıl, Füzuli, Zəngilan rayonları və Şuşa, Xankəndi, Qubadlı, Xocalı, Əsgəran, Ağdam rayonları, eləcə də ətraf yaşayış məntəqələrini əhatə edəcək.

Həmçinin yoxlayın

Tehran və Kərəcdə Xaməneiyə ölüm şüarı səsləndirilib- Video

GADTB: Bir sıra şəhərlərdə İsrail-İran müharibəsinin əsas səbəbkarı olan Əli Xameneiyə qarşı şüarlar səsləndirilib. Gecə …

İsrail Güney Azərbaycan şəhərlərində İranın hərbi obyektlərinə hücumlarını davam etdirir- Video

GADTB: İsrail gecədən səhərə kimi Güney Azərbaycan şəhərlərində İranın hərbi obyektlərinə müxtəlif hücumlar həyata keçirib. …

Bir cavab yazın