GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəallar bəyanat yayaraq irqçi fars rejimin ETTELAAT Nazirliyinin azərbaycanlı fəallara qarşı yeni şərləmə üsulu ilə onları məhkəmə qarşısına çıxarması barədə xəbərdarlıq ediblər.
Bəyanatda deyirlir: “Azərbaycan Milli Hərəkatı fəallarının ölkə qanunları çərçivəsində fəaliyyət göstərməsi hamıya məlumdur. Lakin ETTELAAT Nazirliyi rejimi son hadisələrdə tökülən qanlarla bağlı düşdüyü vəziyyətdən çıxartmaq üçün azərbaycanlı fəalları saxta ittihamlarla günahlandırıb və beləliklə onları günahkar göstərməklə ictimaiyyəti aldatmağa çalışırlar.
Azərbaycan Milli Hərəkatnın fəalları çoxdandı belə yalan ittihamlar və qondarma məhkəmə işilərilə qarşılaşırlar. Bu metod son etirazlar zamanı yaxalanan azərbaycanlı fəallara qarşı da tətbiq olunur və fəallar ağır işgəncələr altında özlərinə qarşı ifadə verməyə məcbur edilir.
Halbuki, yaxalanan fəallar ümumiyyətlə etirazlarda iştirak etməyiblər. Lakin şərlənərək hardansa dollar almaq, silah almaq, təşkilatlara üzv olmaq və yazılı parça nümayiş etdirmək və s. uydurma ittihamlarla qarşılaşırlar. Bu yalandır və ittihamlar məlum kanallar və Milli Hərəkata nüfuz etmiş adminlərin yaydığı məlumatlara istinadən irəli sürülür. Fəallar isə haqlı olaraq məhkəmə prosesində bütün ittihamları rədd edirlər.
Azərbaycanlı fəalların müqaviməti nəticəsində aciz qalan ETTELAAT Nazirliyi bu dəfə yaxalanan mədəni fəalların ailəsinə təzyiq göstərib, onları hədələyir. Bu isə qanunaziddir və təzyiqlərə məruz qalan azərbaycanlı ailələr məhkəmə orqanlarına şikayət edə bilər. Onlar şikayətlərinə baxılmadığı təqdirdə daxildə və xaric ölkələrdə fəaliyyət göstərən insan hüquqları qurumlarına da müraciət edə bilərlər.
Azərbaycan Milli Hərərəkatı fəalları bunları nəzərə alaraq ölkə qanunları və ümumdünya insan hüquqları bəyannaməsi çərçivəsində mədəni fəaliyyət göstərməyə təkid edərək xəbərdarlıq edir ki, məhkəmə və təhlükəsizlik orqanlarının bu hərəkəti heç bir nəticə verməyəcək. Əksinə, bu hərəkət türk milləti və azərbaycanlı mədəni fəalları daha da qəzəbləndirəcək. Bundan isə rejimin özü uduzacaq. Ona görə də fəalların qanuni və insani tələblərinin təmin edilməsi rejimin özü üçün də xeyirlidir.
Hazırda son hadisələr zamanı yaxalanan azərbaycanlı fəalların əsas tələbi onlara bəraət verilməsi və qeydsiz şərtsiz sərbəst buraxılmalarıdır. Əks təqdirdə mədəni fəallar yaxalanan fəalların ailə üzvləri ilə birlikdə sərbəst toplaşma hüququnu təmin edən konstitusiyanın 27-ci maddəsinə uyğun olaraq Ədliyyə İdarələrinin binası qarşısında etiraz aksiyaları keçirəcəklər. Etirazlar isə nəticə əldə olunana qədər davam edəcə.”.