Cümə axşamı , May 14 2026
azfa

Azərbaycanın “Azerspace-2” peyki kommersiya fəaliyyətinə başlayıb

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, “Azərkosmos” ASC-dən bildiriblər ki, artıq Azərbaycanın “Azerspace-2” peyki bu gündən etibarən kommersiya fəaliyyətinə başlayıb.

Məlumata görə, “Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edir. Peyk əhatə zonasına daxil olan ölkələrdə dövlət və özəl sektora yüksək keyfiyyətli telekommunikasiya xidmətləri göstərəcək.

“Azerspace-2” kommersiya fəaliyyətinə başlamaqla “Azərkosmos”un yüksək rəqabətli peyk xidmətləri bazarındakı xidmət çeşidini artıracaq və mövqeyini daha da gücləndirəcək.

Hazırda peykin tutumlarının satışı ilə əlaqədar əhatə zonasına daxil olan ölkələrdə potensial müştərilərlə aktiv biznes danışıqları aparılır. “Azərkosmos” ASC ilə ABŞ, Pakistan və peykin əhatə zonasına daxil olan ölkələrin bir sıra şirkətləri arasında peykin xidmətlərindən istifadəyə dair ilkin razılaşma sazişləri imzalanıb.

İlk kommersiya fəaliyyətinə başladığı il olmasına baxmayaraq “Azerspace-2” peykinin 2019-cu il ərzində tutumlarınn istifadəsindən 16,5 milyon ABŞ dolları gəlir əldə ediləcəyi proqnozlaşdırılır.

“Azerspace-2” peyki “Space Systems/Loral” (SSL) şirkəti tərəfindən yüksək etibarlı “SSL 1300” peyk platforması əsasında istehsal olunub. Müasir elekrik mühərrikləri ilə təchiz olunmuş “Azerspace-2” peykinin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək.

Xatırladaq ki, “Azerspace-2” ötən il 26 sentyabr tarixində Kuru kosmodromundan orbitə buraxılıb.

Həmçinin yoxlayın

Çin şirkətlərinin İranla gizli silah satışı barədə danışıqlar apardığı bildirilir

GADTB: Çin şirkətlərinin İranla gizli silah satışı barədə danışıq aparıb və bunun gizli qalması üçün …

Molla rejimi xaricdə yaşayan daha 24 şəxsin əmlakını müsadirə edib

GADTB: Hörmüzgan Ədliyyə İdarəsinin rəisi xaricdə yaşayan 24 şəxsə məxsus əmlakın müəyyən edilərək qanuni prosedur …

Bir cavab yazın