Şənbə , İyun 6 2026
azfa

Azərbaycanlı əkizlərə valideynləri bir il mübarizdən sonra doğum haqqında şəhadətnamə ala biliblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı əkizlərə valideynləri bir il mübarizdən sonra doğum haqqında şəhadətnamə ala biliblər.

Bununla bağlı Almaniyada yaşayan azərbaycanlı hüquqşünas Sina Yusifi dünən məlumat paylaşıb.

Sina Yusifi öz “X” hesabında azərbaycanlı əkiz bacıların doğum haqqında şəhadətnamələrini paylaşaraq yazıb:

 “Türkay və İlkay bir ildən sonra doğum şəhadətnamələrini aldılar. İranda türklərin ana dilində olan adların çoxu vətəndaşlıq qeydiyyatı ilə bağlı məhdudiyyətlər və qadağalarla üzləşir. Buna görə də, valideynlər məhkəməyə müraciət edərək çətin məhkəmə prosesi keçməyə məcbur olurlar. ana_dili”.

Qeyd edək ki, irqçi fars-molla rejimi azərbaycanlı valideynlərə öz övladların öz dillərində ad qoymağa mane olmaqla və öz dillərində təhsili qadağan etməklə, onları bir millət kimi məhv etməyə çalışır.

Həmçinin yoxlayın

Molla rejimi Gürcüstanda təsirini genişləndirməyə çalışır

GADTB: İsrailin baş naziri Benyamin Netanyahunun sabiq müşaviri Simon Bulşteyn Gürcüstanda İranla əlaqəli təşkilat və …

Türkiyənin yeni raketi İsraili qorxuya salıb

GADTB: Türkiyənin İHA-230 raketini əldə etməsi İsraildə böyük ajiotaj yaradıb. İsrailin “Maariv” qəzeti yeni raketin …