Azərbaycanlı etirazçı Səhənd Nurməhəmmədzadə Rəcaişəhr zindanının ümumi bölməsinə köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son etiraz aksiyalarının məhbuslarından olan Səhənd Nurməhəmmədzadə təkadamlıq kameradan Rəcayi Şəhr zindanının ümumi bölməsinə köçürülüb.

Səhənd Nurməhəmmədzadənin atası Cəfər Nurməhəmmədzadə saytla söhbətində oğlunun karserdən dövlət həbsxanasına köçürüldüyünü açıqlayıb.

Səhədin atası bildirib ki, bu həftənin bazar ertəsi oğlu ilə Rəcaişəhr həbsxanasında görüşəcək. Qeyd edək ki, Səhənd Nurməhəmmədzadənin barəsində çıxarılan hökmə etiraz məktubu onun vəkili tərəfindən məhkəməyə təqdim edilib və baxılması üçün ölkə Ali Məhkəməsinə göndəriləcək.

Bundan əvvəl Səhənd Nurməhəmmədzadə həbsxanada işgəncələrə tab gətirdiyini ifşa etdikdən sonra “yalan yaymaq” və “ictimai fikri çaşdırmaq” kimi iki yeni ittihamla Rəcayi Şəhr məhbusunun təkadamlıq kamerasına köçürülüb.

Qeyd edək ki, Tehranın İnqilab Məhkəməsi azərbaycanlı idmançı Səhənd Nurməhəmmədzadəni “müharibə” ittihamı ilə öncə edama məhkum edib.

O, barəsində çıxarılan qərardan şikayət etdikdən sonra ölüm hökmü 10 il azadlıqdan məhrumetmə, 5 il sürgün və 74 şallaq cəzası ilə dəyişdirilib.

Həmçinin yoxlayın

Avropa Birliyi ölkələri Türkiyədən PUA alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin PUA sənayesi …

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

GADTB: Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa …