Çərşənbə , İyun 10 2026
azfa

Azərbaycanlı fəal Hüseyn Əliməhəmmədi mülki vəsiqə qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə gün öncə Təbrizdə yaxalanan azərbaycanlı milli-mədəni fəal Hüseyn Əliməhəmmədi dünən mart ayının 4-də 100 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılıb. Hələlik azərbaycanlı fəalın hansı ittihamla saxlandığı barədə dəqiq məlumat verilmir.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Hüseyn Əliməhəmmədi fevral ayının 27-də irqçi fars rejimin Təbrizdəki təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmış və daha sonra Təbrizin mərkəzi zindanına salınmışdır.

Azərbaycanlı milli-mədəni fəal Hüseyn Əliməhəmmədi bundan öncə isə yalan ittihamlarla 3 il həbsə məhkum edilmiş və cəzasını çəkdikdən sonra 2017-ci il avqustun 6-da Təbrizin Mərkəzi Zindanından azadlığa buraxılıb.

Həmçinin yoxlayın

Vaşinqton İrana qarşı dəniz mühasirəsini gücləndirir

GADTB: Fox News tərəfindən yayımlanan görüntülərə əsasən, ABŞ İrana qarşı tətbiq etdiyi dəniz mühasirəsini davam …

İranın son hücumları zamanı ABŞ bazaları və qüvvələri zərər görməyib

GADTB: Adı açıqlanmayan bir ABŞ rəsmisi Reuters agentliyinə bildirib ki, İranın raket və pilotsuz uçuş …

Bir cavab yazın