Şənbə , İyul 20 2024
azfa

Azərbaycanlı fəallar Əhərdə yenicə azadlığa çıxan azərbaycanlı milli fəal Əkbər Əbülzadə ilə görüşüblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Zəncandan olan bir qrup azərbaycanlı milli-mədəni fəal fevralın 12-i axşam saatlarında azadlığa çıxan azərbaycanlı milli fəal Əkbər Əbülzadə ilə görüş keçirib.

Azərbaycanlı milli-mədəni fəallar Şərqi Azərbaycan əyalətinin Əhər şəhərinə gedərək rejimin Təbrizdə yerləşən zindanından yenicə buraxılan azərbaycanlı fəalla görüşüblər.

Zəncandan olan azərbaycanlı fəallar Azərbaycan türkcəsi və mədəniyyəti ilə bağlı fikir mübadiləsi aparıb, Zəngandan olan Əkbər Əbülzadə və başqa milli-mədəni fəallara dəstəklərini ifadə ediblər.

Qeyd edək ki, azərbaycanlı fəal Əkbər Əbülzadə keçən il iyunun 7-də Əhər şəhərində həbs edilmişdi. Fəalın həyat yoldaşı Sara Xudakərəmi özünün İnstaqram səhifəsində bununla bağlı yazmışdı: “Həbsin səbəbləri barədə məlumat verilməsə də, Əyyubun bundan öncə 2015-ci ildə İran televizyasının “Fitilə” verilişində azərbaycanlıların təhqir edildiyinə görə etiraz aksiyalarına qoşulduğu üçün 10 ay həbs cəzasına məhkum edilməsi ilə bağlı olduğu güman edilir”.

Əkbər Abülzadə Əhər şəhərində anadan olub və 12 noyabr 2015-ci ildə dinc etiraz aksiyalarına qoşulduğu üçün yaxalanmışdı. Milli fəal 1 sentyabr 2018-ci ildə Şərqi Azərbaycan əyalətində Apellyasiya Məhkəməsinin yekun qərarı ilə 10 ay həbs cəzası almışdı.

Həmçinin yoxlayın

“Human Rights Watch” molla rejimin edama məhkum etdiyi azərbaycanlı işçi fəalı ilə bağlı bəyanat yaydı

GADTB: “Human Rights Watch” Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan edama məhkum edilmiş azərbaycanlı işçi hərəkatı …

​​ Azərbaycanlı fəalı İrəc Şirzad həbs edilərək zindana salınıb

GADTB: Ərdəbildə Güney Azərbaycan Milli Hərəkatının fəalı İrəc Şirzad həbs edilərək siyasi təqiblərin qurbanına çevrilib. …