Cümə axşamı , Aprel 25 2024
azfa

Azərbaycanlı fəallardan rejimin Azərbaycanda ixtilaf salma planına qarşı möhtəşəm addım-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Təbrizdə azərbaycanlı fəallar işğalçı fars rejimin əlaltılarının Azərbaycan şəhərləri arasında ixtilaf salma planına qarşı möhtəşəm addım atıblar.

Azərbaycanlı fəallar bu məqsədlə rejimin Ərdəbilə təyin etdiyi Antiazərbaycan imam cümə və onun ətrafının rejimin göstərişi ilə Azərbaycan şəhərləri, xüsusilə Ərdəbillə Təbriz arasında məqsədli şəkildə ixtilaf salma planına qarşı bannerlər hazırlayıb və nümayiş etdiriblər. Onlar bu vasitə ilə Azərbaycan şəhərləri arasında birliyi nümayiş etdirib, rejimin Azərbaycana qarşı iyrənc planını pozmağa çalışıblar.

Azərbaycanlı fəalların nümayiş etdirdiyi bannerlərdə yazılıb:

“Savalanla Səhəndim yenə birləşmədədir,

Qoşa qardaş kimi yenə yaği kökünü kəsmədədir.

Qocaman Təbrizdən Azərbaycanın baş tacı Ərdəbilə salam olsun,

Qardaş-qardaşdan, Təbriz Ərdəbildən ayrılmaz”.

Qeyd edək ki, Heyran gədiyinin Ərdəbil vilayətindən ayırıb Gilana verilməsinə və Ərdəbil vilayətinə ayrılan büdcənin hər hansı fars vilayətinə ayrılan büdcədən bir neçə qat az olmasına susan imam cümə Amili, rejim tərəfindən Ərdəbil vilayətinin bir kəndini Şərqi Azərbaycanın inzibatı ərazi bölgüsünə salması məsələsindən istifadə edərək, Təbriz və Ərdəbil arasında qəsdən ixtilaf yaratmağa başlamışdır. Bu isə azərbaycanlı fəalların kəskin etirazı ilə qarşılaşmışdır.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın