Cümə axşamı , May 21 2026
azfa

Azərbaycanlı işçi fəalı Valeh Zamanini vəsiqə qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejiminin yaxalayaraq Evin zindanının 209-cu bölməsində 3 aya yaxın həbs etdiyi Azərbaycanlı işçi fəalı Valeh Zamanini avqustun 28-də vəsiqə qarşılığında zaminə buraxıb.

Güney Azərbaycanın Uemiya şəhərindən olan Valeh Zamani 2 milyard tümənlik girov qarşılığında məhkəməyə qədər zaminə buraxılıb.

Qeyd edək ki, Tehranda yaşayan azərbaycanlı işçi hərəkatı fəalı Valeh Zamani mayın 30-da İranın ETTELAATİdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, üç gün dindirildikdən sonra Tehranın Evin zindanının 209-cu bölməsinə köçürülüb.

Zamani iyunun 30-da Tehranın Evin zindanından ailə üzvlərindən biri ilə saxladığı qısa müddətli telefon əlaqəsi zamanı həmçinin təzyiqlərə məruz qaldığını bildirmişdi.

Azərbaycanlı məhbusla kiminləsə görüşünə icazə verilmir, vəkil tutmaq haqqından məhrum edilib və barəsində irəli sürülən qondarma ittihamları qəbul etmədiyi təqdirdə yenidən zindanın 240 nömrəli təhlükəsizlik bölməsinə təkadamlıq kameraya qaytarılacağı ilə bağlı hədələnmişdi.

O, özünü günahkar hesab etmədiyini deyərək, istənilən təzyiqlər qarşısında saxta ittiham aktına qol çəkməyəcəyini demişdi.

Zamaninin sözlərinə görə, yaxalandığı zaman xəstəliyi ilə bağlı sənədlər və həkim arayışlarının üstündə olmasına baxmayaraq dərmanlarının əldə edilməsinə imkan verilmədiyini qeyd etmişdi.

Həmçinin yoxlayın

İrana qarşı hərbi əməliyyatlardan sonra Çinlə ticarət ikinci ay ardıcıl kəskin azalıb

GADTB: Çin gömrük statistikasına əsasən, ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatlarının başlamasından sonra …

Sayın Mikayil bəy Oytanın Sidneydə keçirilən 19 Mayıs Atatürkü Anma, Gənçlik və Spor bayramında çıxışı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  Avstraliyanın Sidney şəhərində 19 Mayıs Atatürkü Anma, Gənçlik …