Cümə , İyun 12 2026
azfa

Azərbaycanlı mədəni fəal Qulam Quluzadə Urmiya zindanından zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyul ayının 29-da azərbaycanlı milli-mədəni fəal Qulam Quluzadə 25 gün müvəqqəti həbsdən sonra mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Azərbaycanlı fəalın nədə ittiham edildiyi barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, Urmiya sakini olan azərbaycanlı fəal iyul ayının 5-də Babək Qalası Qurultayına qatılarkən Kəleybər şəhərinin girişində yaxalanıb.

Fəal yaxalanarkən irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən döyülərək işgəncə edilmişdir. Əlləri qandallı şəkildə döyülən fəalın işgəncələrdən ürəyi gedib. Nəticədə  o Kəleybər Polis İdarəsinin poliklinikasına yerləşdirilib və bir gecə həkim nəzarəti altında saxlanılıb.

Azərbaycanlı fəal Urmiyada müvəqqəti həbs müddətində də ağır işgəncəyə məruz qaldığı söylənilir.

Həmçinin yoxlayın

Dünya Bankı İran müharibəsi səbəbindən iqtisadi artımın ən zəif səviyyəyə enəcəyi barədə xəbərdarlıq edib

GADTB: Dünya Bankı hazırda davam edən İran müharibəsinin qlobal iqtisadi artımı COVID-19 pandemiyasından bəri ən …

Qərbi Azərbaycanda elektrik çatışmazlığı nəticəsində 208 idarə işıqsız qalıb

GADTB: İranda elektrik çatışmazlığı böhranının yenidən başlaması ilə eyni vaxtda Qərbi Azərbaycan əyalətində 208 idarəyə …

Bir cavab yazın