Azərbaycanlı məktəbli və öyrəncilərdən irqçi fars rejimə kəskin cavab-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün 2018-ci il noyabr ayının 3-də işğalçı və irqçi fars rejimin göstərişi əsasında Güney Azərbaycan və İran adlanan ərazidə bütün məktəblər və universitetlərdə dərslər tətil edilərək, hər kəs rejimin Perspolis komandası ilə Yaponiyanın Kaşima Atnlerz komandasının yarışını izləməyə məcbur edilib.

İşğalçı fars rejimin bu irqçi əməlinə azərbaycanlı öyrənci və məktəblilər kəskin cavab verərək, Tiraxtur komandasını təşviq ediblər.

Azərbaycanlı öyrəncilər və məktəblilər “İstiqlalçı deyiləm, Perspolisçi deyiləm, and olsun Allama mən Tiraxturu sevirəm…” şüarı səsləndiriblər.

Azərbaycanlı məktəblilər işğalçı fars rejimin müstəmləkəçi və ayrı-seçkilik siyasətinə etiraz olaraq Yaponiyanın Kaşima komandasının Perspolisə qol vurmasını alqışlayıblar.

Həmçinin azərbaycanlı fəallardan bəziləri Yaponiyanın irqçi fars rejimin komandasını udmasına sevinərək, şirniyyat paylayıblar.

Beləliklə, azərbaycanlı məktəblilər və öyrəncilər işğalçı fars rejimə kəskin cavab veriblər.

 

Həmçinin yoxlayın

Yunanıstan Türkiyə inkişafda olan müdafiə gücündən qorxuya düşüb

GADTB: Yunanıstan mediası yazıb ki, Türkiyə modernləşdirilmiş F-16 donanması, “Tayfun” tədarükü, KAAN layihəsi və güclü …

Azırbaycanlı yazıçı və tədqiqatçı dünyasını dəyişib

GADTB: Yazıçı, jurnalist və tədqiqatçı “Sahir” Ədəbi Dərnəyinin üzvü Əhməd Əsgərpur (Peyam Sarablı) dünyasını dəyişib. …

Bir cavab yazın